15-dən çox şəhid övladı Oksfordda təhsil alacaq

15-dən çox şəhid övladı Oksfordda təhsil alacaq

Hazırda oxunan: 15-dən çox şəhid övladı Oksfordda təhsil alacaq

5030

Bu ildən etibarən İkinci Qarabağ müharibəsində şəhid olan 15-dən çox hərbçi övladı ən qabaqcıl təhsil müəssisəsi hesab olunan Bakı Oksford Məktəbində ödənişsiz təhsil alacaq.

Bizim.Media Bakı Oksford Məktəbində təhsil alacaq şəhid övladlarının adlarını sizə təqdim edir.

1.Oruclu Nihad Raquf oğlu - IX sinif. Atası- polkovnik-leytenant Orucov Raquf İbrahim oğlu, 2016-cı ildə Aprel döyüşlərində şəhid olub.

2.Məmmədzadə Qəmər Fikrət qızı - V sinif. Atası- kapitan Məmmədov Fikrət Akif oğlu, 2014-cü il mayın 28-də təmas xəttində ermənilərin atəşkəsi pozması nəticəsində Fizuli rayonunda şəhid olub.

3.Həşimov Teymur Polad oğlu - VI sinif. Atası- general-mayor Həşimov Polda İsrayıl oğlu, 2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olub.

4.Hacızadə Əli Ramid oğlu - III sinif. Atası- mayor Hacıyev Ramid Nəriman oğlu, 2020-ci ildə sentyabrda başlayan Vətən müharibəsi zamanı Talış kəndində şəhid olub.

5.Hacızadə Dəniz Ramid qızı - I sinif. Atası- mayor Hacıyev Ramid Nəriman oğlu, 2020-ci ildə sentyabrda başlayan Vətən müharibəsi zamanı Talış kəndində şəhid olub.

6.Hacızadə Yağmur Ramid qızı - I sinif. Atası - mayor Hacıyev Ramid Nəriman oğlu, 2020-ci ildə sentyabrda başlayan Vətən müharibəsi zamanı Talış kəndində şəhid olub.

7.Məmmədli Mərdan Ziya oğlu - VI sinif. Anası- hərbi tibbi qulluqçu Baxışova Arəstə Kərim qızı, 2020-ci ilin sentyabrına başlayan Vətən müharibəsi zamanı Qubadlı rayonunda şəhid olub.

8.Məmmədli Zəhra Ziya qızı - IV sinif. Anası - hərbi tibbi qulluqçu Baxışova Arəstə Kərim qızı, 2020-ci ilin sentyabrına başlayan Vətən müharibəsi zamanı Qubadlı rayonunda şəhid olub.

9.Quliyeva İnci Rəşad qızı - I sinif. Atası- polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlu, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunda şəhid olub.

10.Quliyeva Dərya Rəşad qızı - I sinif. Atası -  polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlu, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunda şəhid olub.

11.Həsənova Nurgül Nurlan qızı - Hazırlıq. Atası-könüllü əsgər Həsənov Nurlan, 2020-ci ildə oktaybrda başlayan Vətən müharibəsində şəhid olub.

12.Əliyeva Alina Denisovna - IV sinif. Atası-könüllü əsgər Əliyev Denis Aleksandroviç, 2020-ci ildə oktyabrın 8-də Füzulidə şəhid olub.

13.Abbaslı Feyruz Teymur oğlu - IV sinif. Atası - leytenant Abbasov Teymur Feyruz oğlu, 12 oktyabr 2020-ci ildə Hadrutda şəhid olub.

14.Abbaslı Siruz Teymur oğlu - III sinif. Atası- leytenant Abbasov Teymur Feyruz oğlu, 12 oktyabr 2020-ci ildə Hadrutda şəhid olub.

Daha iki şəhid övladı yanvar ayından Bakı Oksford Məktəbində təhsil alacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO