Bakı Ağır Cinayətlər Məhkəməsinin icra şöbəsinin rəisi işdən çıxarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsinin icra şöbəsinin rəisi işdən çıxarıldı

Hazırda oxunan: Bakı Ağır Cinayətlər Məhkəməsinin icra şöbəsinin rəisi işdən çıxarıldı

50183

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi, ədliyyə polkovniki Mübariz Məmmədov işdən çıxarılıb.

Bizim.Media xəbər verir ki, o, xidmətdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

M.Məmmədov daha aşağı vəzifəyə - Yasamal Rayon Məhkəməsinin icra şöbəsinə böyük icra məmuru təyin edilib.

Qeyd edək ki, o, 3 ilə yaxın Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO