Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Bizim.Media xəbər verir ki, məlumatda deyilir:
"Son vaxtlar təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Zakir İsmayılovun vəfatı ilə bağlı yayılmış məlumatlarda o, Naxçıvan Muxtar Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi kimi təqdim olunur.
Bildirilir ki, İsmayılov Zakir Əlibala oğlu 20 sentyabr 2003-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmət edib.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin razılığı və Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun (hazırda həbsdə olan) təqdimatı əsasında xidməti davam etdirmək üçün Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinə ezam olunub.
Zakir İsmayılov 2015-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi kimi təqaüdə çıxıb və 2018-ci ildə həbs olunub".
Bununla da Naxçıvan DTX sabiq nazir Vəli Ələsgərovun ölmədiyini, hazırda həbsdə olduğunu açıqlayıb.
Qeyd edək ki, V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının Milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:32 / 11.12.2021
Sabiq nazir Vəli Ələsgərov sağ imiş - NAXÇIVANDAN RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Sabiq nazir Vəli Ələsgərov sağ imiş - NAXÇIVANDAN RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Sabiq nazir Vəli Ələsgərov sağ imiş - NAXÇIVANDAN RƏSMİ AÇIQLAMA
50163
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.