"Tikinti şirkətləri ANAMA-dan sertifikat almalıdır" - Mina insidentləri ilə bağlı ÖZƏL

Hazırda oxunan: "Tikinti şirkətləri ANAMA-dan sertifikat almalıdır" - Mina insidentləri ilə bağlı ÖZƏL

50160

ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənov bildirib ki, qadağan olunmuş ərazilərə mülki əhalinin girişi inzibati və cinayət hüququ ilə tənzimlənən məsələdir. Yəni qoyulan qadağalar fonunda vətəndaşlar məsuliyyət daşıyırlar:

"İkinci məqam insanların hansı ərazilərə girməsidir. Ərazi var ki, təmiz sayılır, təhlükəsiz ərazidir".

Bizim.Media-ya özəl açıqlamasında ANAMA yanında İctimai Şuranın sədr müavini xatırladıb ki, Prezidentin fərmanına əsasən ANAMA respublikada mülki-humanitar minatəmizləmə sahəsində müvafiq səlahiyyətlərə malik bir strukturdur.
 

MÖVZU İLƏ BAĞLI:

Azad edilən ərazilərdə daha 30 mina aşkarlandı


Emil Həsənovun sözlərinə görə, bütün koordinasiya ANAMA vasitəsilə gedir:

"İcazə olmadıqda hətta tikinti şirkətlərinin də əraziyə girməsi düzgün deyil. Əgər inşaat kampaniyaları girib işləri aparırlarsa, ANAMA-dan icazə alırlar. Və agentlik hansı ərazilərin təhlükəsiz sayıldığı barədə onlara məlumat verir".

Göstərilən ərazilərdən kənara çıxmaq isə tikinti şirkətinin cavabdehliyidir. Belə ki, qeyd olunan zonadan qırağa çıxsalar, həmin ərazini özləri təmizləməlidirlər.

Emil Həsənov bədbəxt hadisələrin baş verdiyini təəssüflə qeyd edib:

"Vətəndaşlar, mülki şəxslər həlak olur. Bu problemlər isə təkcə Azərbaycanda deyil, Balkanlarda da var. Hətta Sarayevoda ərazilər bağlanırdı və göstərilirdi ki, zona təhlükəlidir. Ora girmək olmaz. Amma qış vaxtı taxta işarələr oğurlanırdı və insanlar həmin yerin mina təhlükəli olduğunu bilmirdilər".
 

ANAMA yanında İctimai Şuranın sədr müavini məlumat verib ki, insanların qadağan olunan zonalara girmə səbəbləri Prokurorluq və hüquq mühafizə orqanları əməkdaşları tərəfindən araşdırılır.


Çünki burada laqeydlik kimi şəxsi mənafe faktorları da ola bilər. ANAMA bu sahədə maarifləndirmə işləri aparır:

"Vətəndaşlar agah olmalıdır. Tikinti şirkətləri də ANAMA-dan sertifikat almalıdır ki, ərazi təmizdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO