Abşeronda market sahibi vətəndaşların suyunu oğurladı

Abşeronda market sahibi vətəndaşların suyunu oğurladı

Hazırda oxunan: Abşeronda market sahibi vətəndaşların suyunu oğurladı

0:00
0:00
50087

Abşeron rayonunda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

"Azərsu" ASC-dən Bizim.Media-ya verilən məlumata görə, Xırdalan şəhəri Həsənağa Turabov küçəsindəki apartment tipli yaşayış evində içməli sudan qeyri-qanuni istifadə edildiyi məlum olub.

İlk baxışdan aydın olur ki, binanın daxili və xarici su təchizatı sistemləri qurulub, mülkiyyətçi tərəfindən binadakı bütün mənzillər sayğacla təmin olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakının iki rayonunda su kəsildi - Qəza baş verib - FOTO


Lakin nə sayğaclar, nə də istifadəçilər “Azərsu” ASC-nin abonent bazasında qeydiyyata alınmayıb, bina paylayıcı su şəbəkəsinə qanunsuz olaraq qoşulub. Öz növbəsində sakinlər istifadə etdikləri suyun haqqını binanı idarə edən şəxslərə ödədiklərini bildiriblər. 

Binanın birinci mərtəbəsində yerləşən “Zeytun” marketin qanuni sayğacı olsa da, indiyədək sayğacdan bir kubmetr belə su keçməyib və obyekt sahibi qanunsuz olaraq mənzillərə çəkilmiş xətdən su götürüb.
 

Xırdalan şəhərinin Ceyranbatan su anbarına yaxın hissəsində yerləşən fermer təsərrüfatının da suyu taladığı üzə çıxıb. Məlum olub ki, sahibkar texniki şərt almadan və sayğac quraşdırmadan, 50 mm diametrli xətt vasitəsilə 400 mm diametrli magistral kəmərə qoşulub.


Dəfələrlə xəbərdarlıq edilməsinə və su təchizatının dayandırılmasına baxmayaraq sudan qanunsuz istifadə edib.

Abşeron rayonu Masazır qəsəbəsindəki sallaqxananın su təchizatı da qanunsuz çəkilmiş xətt vasitəsilə aparıldığı aşkarlanıb. Eyni zamanda Masazır qəsəbəsində bir neçə fərdi həyət evinin sudan qanunsuz istifadə etdiyi məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO