Təhsil naziri təmirsiz məktəblərdən danışdı: “Birdən-birə tikmək mümkün deyil” - VİDEO

Təhsil naziri təmirsiz məktəblərdən danışdı: “Birdən-birə tikmək mümkün deyil” - VİDEO

Hazırda oxunan: Təhsil naziri təmirsiz məktəblərdən danışdı: “Birdən-birə tikmək mümkün deyil” - VİDEO

50071

“Məktəbləri kənd və şəhər deyə ayırmazdım. Azərbaycanda məktəblərin 75 faizi son 20 ildə təmir edilib”.

Bizim.Media xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, digər təmirsiz məktəblərə gəlincə növbəli əsaslarla, müxtəlif dövlət proqramları ilə onların təmiri həyata keçirilir:

“Bizim hesablamalarımıza görə, hazırda 900-dən artıq məktəbdə problemlər var. Bunlar əsasən daha az şagird sayı olan məktəblərdir. Çünki 100-ə qədər şagirdi olan məktəblər binaları modul tipli tədris müəssisələri ilə əvəz olunub. Dediyim kimi, bu məktəbləri birdən-birə tikmək mümkün deyil. Biz bu ardıcıllıqla gedəriksə, növbəti illərdə bu problem həll olunacaq. Ardıcıllığın da çox sadə alqoritmi var, biz çalışırıq ki, hər bir bölgədə bir və ya iki məktəbi biz təmir edək”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO