Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan indiyədək erməni qüvvələrinin 203 dəfə atəşkəsi pozduğunu qeydə alıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı “TRT Haber” telekanalının mərkəzə ezam olunmuş əməkdaşı Fatih Avanosu məlumat verib.
O, bu mərkəzin 11 aydır fəaliyyət göstərdiyini, burada 60 türkiyəli hərbçinin xidmət etdiyini bildirib.
F.Avanosu qeyd edib ki, atəşkəs pozuntuları barədə həm Azərbaycan, həm də Ermənistan tərəfinə məlumat göndərilir.
Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da fəaliyyətə başlayıb. Hazırda mərkəzdə 60 rusiyalı və eyni sayda türkiyəli hərbçi xidmət edir. Onlar PUA-lar vasitəsilə atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:58 / 10.12.2021
“Ermənilər atəşkəsi 203 dəfə pozublar” - Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
Hazırda oxunan: “Ermənilər atəşkəsi 203 dəfə pozublar” - Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
Hazırda oxunan: “Ermənilər atəşkəsi 203 dəfə pozublar” - Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
50067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.