Mediumların 2022-ci il haqqında PROQNOZLARI nədir? – Göy pələng ilində SU ELEMENTİ

Mediumların 2022-ci il haqqında PROQNOZLARI nədir? – Göy pələng ilində SU ELEMENTİ

Hazırda oxunan: Mediumların 2022-ci il haqqında PROQNOZLARI nədir? – Göy pələng ilində SU ELEMENTİ

50064

2022-nin, pələng ilinin gəlişinə az qalıb. Gələn ilin qtisadi-siyasi öngörmələri qədər astrolji proqnozları da insanlara maraqlıdır.

Bizim.Media xəbər verir ki, pələngin əsas elementi su hesab olunur və insan həyatlarına təsir edəcək. 

Bu ilin təsirini həyatlarında ilk hiss edənlər doğulduqları tarix 6 və 7 ilə tamamlananlar olacaq. Sonu bu rəqəmlərlə bitən insanlar üçün 2022 əsl fasilə, istirahət və güc toplamaq ilidir. 

Çinlilərdə su ən güclü element hesab olunduğu üçün gələn ilin hadisələri ölkələr və regionlar üçün tale yüklü, həyat əhəmiyyətli olacaq. Okeanda sunamilər və çay daşqınları gözlənilir.
Su həm də emposiya və qorxular rəmzidir. 


Saturnla Uranın gərgin aspektini də unutmaq olmaz. Bu planetlərin təsir gücü özünü yanvarda hiss etdirəcək. 

2022-ci il yanvarın 19-dan 2023-cü il iyulun 18-nə qədər Cənub Ay düyünü Əqrəb bürcündə dayanacaq. Şimal ay düyünü isə Buğada olacaq. Marsın da Saturn və Uran kvadraturasında birləşməsi ciddi hadisələrə dəlalət edir. Mars dolça bürcündə Saturnla birləşəcək. 

Sonda bildirək ki, pələng yırtıcı olduğu üçün onun ili insanlarda məqsədyönlülüyü artıracaq. Yer Kürəsinin sakinləri arzularına doğru daha sürətlə irəliləyəcklər.

Pələng vəfalı heyvan hesab olunduğuna görə, 2022-ci ildə boşanmaların sayı azala, yaxud ailələr az problem görə bilərlər. 

Növbəti yazıda pələng ilində bürcləri nələrin gözlədiyini də qeyd edəcəyik. Bizimlə qalın.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO