Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı

Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı

Hazırda oxunan: Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı

5001

Karantin rejimi tələblərinin təmin edilməsi məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları respublikanın bütün şəhər və rayonlarında gücləndirilmiş iş rejimində çalışırlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindədən Bizim.Media-ya verilən məlumata görə, infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirlər davam etdirilir.

Keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

Dekabrın 10-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 27 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.

Tibbi prosedurlar gözlənilməklə görülən tədbirlərlə onlardan 26-sı evə qaytarılıb, 1 nəfər xəstəxanaya yerləşdirilib, 20 nəfər barəsində isə cinayət işi başlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə istintaq araşdırmaları davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO