Bibisinin evindən oğurluq etdi - şərti cəza aldı - DETALLAR

Bibisinin evindən oğurluq etdi - şərti cəza aldı - DETALLAR

Hazırda oxunan: Bibisinin evindən oğurluq etdi - şərti cəza aldı - DETALLAR

49967

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə oğurluq etməkdə təqsirləndirilən Elşən Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq edilib və E.Həsənova şərti cəza verilib.

Qeyd edək ki, Şəmkir rayon sakini, 23 yaşlı E.Həsənov bu ilin yanvar ayında Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, E.Həsənov ötən ilin dekabr ayının 28-də yaşadığı Şiştəpə kəndində, bibisinə məxsuz fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub və oradan 1 500 manat dəyərində qızıl-zinət əşyalarını gizli talayaraq oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində E.Həsənovun cari ilin yanvar ayında da eyni ünvandan 1 800 manat nağd pul və 7 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması, daha sonra isə cinayətin izlərini itirərək məsuliyyətdən yaxa qurtarmaq üçün fərdi yaşayış evini yandırmaq istəməsi məlum olub.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Dindirilmə zamanı E.Həsənov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları lombarda girov qoyduğunu və əldə etdiyi pulları xərclədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO