Tovuz çayı üzərində körpü inşa edilir - FOTO

Tovuz çayı üzərində körpü inşa edilir - FOTO

Hazırda oxunan: Tovuz çayı üzərində körpü inşa edilir - FOTO

49861

Tovuz çayı üzərində 290 metr uzunluğa malik körpü inşa edilir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında deyilir.

Körpünün uzunluğu 290,42 metr, çay məcrasından hərəkət hissəsinə qədər qabarit isə 36 metr, körpünün öz qabariti isə 14,4 metr təşkil edir.

Sayı 2x44,4 metr, 3x63 metr olmaqla körpü beş aşrımlı olacaq.

Körpüdə iki hərəkət hissə, sağ və sol tərəfdə mühafizə zolağı və hər iki tərəfdə piyada yolunun olması nəzərdə tutulub.

Tovuz çay körpüsü M2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində inşa edilir.

Tovuz çay körpüsü ilə yanaşı layihə çərçivəsində 27 metrdən 290 metrə qədər uzunluqlara malik 41 körpünün (yol qovşağı, yol ötürücüsü, körpü) inşası davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO