Vidadi Muradovun çayçını şirkət direktoru, oğlunu müavin təyin etdiyi ÜZƏ ÇIXDI

Vidadi Muradovun çayçını şirkət direktoru, oğlunu müavin təyin etdiyi ÜZƏ ÇIXDI

Hazırda oxunan: Vidadi Muradovun çayçını şirkət direktoru, oğlunu müavin təyin etdiyi ÜZƏ ÇIXDI

49859

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahid qismində "Azər-İlmə" MMC-nin direktoru Xəqani Talıbov ifadə verib.

Məhkəmədə məlum olub ki, o, direktor olana qədər şirkətdə çayçı kimi işləyib:

“Mərhum Vidadi Muradovla qohum deyildim, lakin qohumdan da yaxın idik. Kömək etdi, direktor oldum. Vidadi Muradovun oğlu Aydın Muradov da mənim müavinimdir. Hər hansı bir universitet bitirməmişəm, orta təhsilliyəm. Hazırda da direktor işləyirəm”.

MÖVZU İLƏ BAĞLI:

Vidadi Muradovun məhkəməsi ölümündən sonra da davam etdirilir? - DETALLAR


Daha sonra şahid qismində özəl sirəkətlərin birində icraçı direktor işləyən Yaşar Ələkbərov dindirilib. O deyib ki, V.Muradovun Həsən Əliyev küçəsində yerləşən evində təmir işləri aparıblar və buna görə də 800 min manatdan artıq vəsait xərclənib.

Bildirilib ki, şahidin ifadələri arasında ziddiyətlər var. Növbəti proses dekabrın 15-də davam etdiriləcək.

Xatırladaq ki, V.Muradov noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.

9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO