Xəbər verildiyi kimi, dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi faktı ilə bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.
Bizim.Media Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
MÖVZU İLƏ BAĞLI:
Daşaltıda iki azərbaycanlı minaya düşərək həlak oldu
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:20 / 09.12.2021
Daşaltıda minada həlak olanların adları AÇIQLANDI
Hazırda oxunan: Daşaltıda minada həlak olanların adları AÇIQLANDI
Hazırda oxunan: Daşaltıda minada həlak olanların adları AÇIQLANDI
0:00
0:00
49856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.