Mingəçevirli şəhid anasından nazirliyə MÜRACİƏT: “Oğlumun iki balası ilə əlacsız qalmışıq...” - FOTO/VİDEO

Mingəçevirli şəhid anasından nazirliyə MÜRACİƏT: “Oğlumun iki balası ilə əlacsız qalmışıq...” - FOTO/VİDEO

Hazırda oxunan: Mingəçevirli şəhid anasından nazirliyə MÜRACİƏT: “Oğlumun iki balası ilə əlacsız qalmışıq...” - FOTO/VİDEO

49824

Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərimiz Rüstəmzadə Emin Firqət oğlunun anası Kəmalə Rüstəmovanın redaksiyamıza şikayəti daxil olub.

Bizim.Media-nın Mingəçevir bürosunun verdiyi xəbərə görə şəhid anası səhhəti ilə bağlı ona verilən pensiyasının dayandırılmasından şikayət edir:

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid oldu


“İki dəfə onkoloji xəstəliyimə görə əməliyyat olunmuşam. Həm də ikinci qrup əliləm və buna görə sosial pensiya alırdım. Dedilər yenidən almağım üçün yoxlanışdan keçməliyəm. Keçdim, amma yenə də pensiyamdan səs-səmir yoxdur”.

Həmçinin yeganə oğul övladını vətən uğrunda şəhid verən anamız Mingəçevir şəhərindəki aidiyyatı qurumların onlarla maraqlanmadığından da şikayət edib.

Şəhid ailələrinə diqqətin mühüm olduğu bir vaxtda Mingəçevir şəhər İcra Hakimiyyəti və digər qurumlar məsələdən xəbərdar olasalar da, şəhid anasına etinasız yanaşırlar. 

“Həyat yoldaşım dəfələrlə pensiyaya görə fonda müraciət edib. Amma rəsmilər telefon zənglərimizi cavablandırmır. Şəhid balamın bu Vətənə əmanət qoyub getdiyi 2 qız övladı var. Onlara baxmaq nənə, baba kimi bizim öhdəliyimizdədir. Amma pensiyamın verilməməyi bizi çox geri salır. Uşaqlardır, böyüyürlər, ehtiyacları da artır, gücümüz çatmır. Bunu nəzərə alaraq, çox xahiş edirik ki, problemimiz öz həllini tapsın”.

Qeyd edək ki, Şəhid Rüstəmzadə Emin Firqət oğlu “Suqovuşanın azadlığı uğrunda”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. O, ailənin yeganə oğul övladıdır və 2 azyaşlı İnci və Nuray adlı qız övladları var.

Məsələni araşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayb araşdırmamızı davam etdirəcəyik. Qarşı tərəfin problemin həllinə yardımçı olacağına inanırıq.

Ehtiram Muradov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO