Fəvvarələr meydanında qurulan “Soyuq əllər, isti ürəklər” şəhər sakinlərinə bır il fasilədən sonra yenidən bayram əhval-ruhiyyəsi yaşadır.
Yarmarka dekabrın ilk günündən öz ziyarətçilərənə isti qucağını açıb. Artıq bir həftədən çoxdur ki, şəhər sakinləri sərgini ziyarət edərək həm bayram əhvalını hiss edir, həm də sevdikləri ilə çox gözəl vaxt keçirir.
Sərgi Azərbaycanda keçirilən ən böyük xeyriyyə layihələrindən biridir.
Şəhər sakinləri və qonaqları sərgidə məşhur şirkətlərin məhsullarını rahatlıqla əldə edə bilərlər. Bundan başqa alıcılar burada Yeni il hədiyyələrini, suvenirlərini, əl işlərini və zinət əşyalarını almaq imkanı da əldə edə bilərlər.
Ziyarətçilər şəhərdə olan məşhur restoran şəbəkələrinin piştaxtasına baş çəkib, isti yeməklərin, qəhvə, samovar çayı və digər içkilərin dadına baxa bilərlər. Ziyarətçilər həmçinin yarmarkadan yaxınlarına, doğmalarına müxtəlif çeşidli hədiyyələr də seçə bilərlər.
Xatırladaq ki, “Bakı Media Mərkəzi”nin prezidenti Arzu Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Bakı şəhərində “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına baş çəkib.
Bu il yarmarkada toplanan vəsait ağır xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə, o cümlədən, aztəminatlı ailələrə və Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə yardıma yönəldiləcək.
Qeyd edək ki, bu layihə 2013-cü ildən etibarən Nərgiz Fondu tərəfindən həyata keçirilir.
Bizim.Media