Mədət Quliyevdən federasiya prezidenti kimi İLK JEST – Bu idmançılara ev, pul və bahalı maşın veriləcək

Mədət Quliyevdən federasiya prezidenti kimi İLK JEST – Bu idmançılara ev, pul və bahalı maşın veriləcək

Hazırda oxunan: Mədət Quliyevdən federasiya prezidenti kimi İLK JEST – Bu idmançılara ev, pul və bahalı maşın veriləcək

49619

Azərbaycan Velosiped Federasiyasının yeni prezidenti Mədət Quliyev idmançılar üçün veriləcək mükafatları müəyyənləşdirib. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yeni mükafatlar barədə velosipedçilərin məşq etdiyi zalların girişinə yerləşdirilən məlumat lövhəsinin fotosu paylaşılıb.

Lövhədən görünür ki, Olimpiya, dünya və Avropa çempionu olan idmançıya “Mercedes-Benz A-Class” və ya "BMW" 7-ci seriya avtomobil, Bakı şəhərində 5 otaqlı mənzil, 100 min manat mükafat, ayda 3 min manat olmaqla illik 36 min manatlıq maddi yardım veriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Mədət Quliyev federasiya prezidenti seçildi


İkinci yerin sahibi “Mersedes E-Class” və ya "BMW "5-ci seriya avtomobil, Bakı şəhərində 4 otaqlı mənzil, 70 min manat mükafat və ayda 2 min olmaqla 24 min manatlıq maddi yardım, bürünc mükafatçı isə “Mersedes C-Class” və ya "BMW" 3-cü seriya avtomobil, Bakıda 3 otaqlı mənzil, 50 min manatlıq mükafat və ayda min manat olmaqla illik 12 min manat maddi yardım əldə edəcək.

Xatırladaq ki, Mədət Quliyev həm də müdafiə sənayesi naziridir.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO