“Bolqarıstanla Azərbaycan çox yaxındır. İnsanlar da çox yaxındırlar, hətta təbiət də oxşardır. Yeganə fərq, burada küləklərin daha güclü olmasıdır. Yəqin eşitmisiniz ki, Bakı küləklər şəhəridir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva Bolqarıstan Teleqraf Agentliyinə müsahibəsi zamanı “Vətən üçün darıxırsınızmı?” sualına cavab verərkən səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Yeni nazir müavinindən təyinatı ilə bağlı ilk AÇIQLAMA - FOTO
“Əvvəlcə bu qeyri-adi idi, amma insan uyğunlaşır, xüsusən də həyatda yerini tapdıqda, dostlar qazandıqda. Bundan əlavə, Bolqarıstandakı dostlarımla da əlaqə saxlayıram. Bolqarıstan üçün darıxmadığımı deyə bilmərəm. Darıxıram və qayıdanda həmişə sevinirəm. Bolqarıstanda qohumlarım var. Ümid edirəm ki, onlar da mənim üçün darıxırlar”, deyə o, qeyd edib.
Nazir müavini “İdman dünyasına, siyasət dünyasına başqa ölkədə necə gəldiniz?” sualını isə belə cavablandırıb:
“Azərbaycanda idman dövlət siyasətidir. Prezidentimiz İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin prezidentidir.
Birinci vitse-prezidentimiz Mehriban Əliyeva həm də Gimnastika Federasiyasının prezidentidir. Bütün bunlar açıq şəkildə göstərir ki, idman və dövlət birlikdə getməlidir. Sağlam insanlara sahib olmaq üçün idman etmək lazımdır. Bolqarıstan da eyni yolu tutub”.
Bizim.Media