FHN-dən mina təhlükəsi ilə bağlı vətəndaşlara MÜRACİƏT

Hazırda oxunan: FHN-dən mina təhlükəsi ilə bağlı vətəndaşlara MÜRACİƏT

0:00
0:00
49526

Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunan ərazilərdə müharibənin təhlükəli qalıqları ilə bağlı vətəndaşlara müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarımızı azad etdikdən dərhal sonra mina və partlamamış hərbi sursatlarla yüksək dərəcədə çirklənmiş ərazilərin təmizlənməsi əməliyyatlarına başlanılıb. Bu əməliyyatlarda aidiyyəti dövlət qurumları ilə yanaşı Fövqəladə Hallar Nazirliyi də bilavasitə iştirak edir.

Ötən müddət ərzində dövlət qurumlarının əlaqəli fəaliyyəti sayəsində böyük ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, bu ərazilərdə hal-hazırda yenidənqurma və quruculuq işləri sürətlə davam etdirilir. 

Həyata keçirilən tədbirlər həmin ərazilərin əsl sahibləri olan soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacağı günü daha da yaxınlaşdırır.

Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrində yaşayan vətəndaşlarımıza müraciət edərək, rast gəlinən hər hansı yad, naməlum əşyaya toxunmadan dərhal Fövqəladə Hallar Nazirliyinin “112” və ya Daxili İşlər Nazirliyinin “102” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir.

Xüsusilə uşaqların nəzarətsiz qoyulmaması, göstərilən məsələlərlə bağlı onlarla ailə daxilində daim maarifləndirici söhbətlərin aparılması təhlükəsizliyin təmin olunmasına mühüm töhfədir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO