65 yaşlı kişi odlu silahla özünü niyə ÖLDÜRÜB? - TƏFƏRRÜAT 

65 yaşlı kişi odlu silahla özünü niyə ÖLDÜRÜB? - TƏFƏRRÜAT 

Hazırda oxunan: 65 yaşlı kişi odlu silahla özünü niyə ÖLDÜRÜB? - TƏFƏRRÜAT 

49488

Beyləqanda 65 yaşlı kişi özünü odlu silahla vuraraq öldürüb. Hadisə ötən gün səhər saatlarında baş verib. Beyləqan rayonunun Baharabad kənd sakini İbrahimcan Muradov evində ov tüfəngindən açdığı atəşlə özünü öldürüb. 

Bu barədə Bizim.Media-ya məlumat verən Baharabad kən bələdiyyə sədri İsfəndi Arifov ölən şəxsin sağlamlıq probleminin olduğunu deyib:

“Bir ildən çoxdur ki, xəstə idi. Qardaşının dediyinə görə beyninə qan yaxşı işləmirdi. Yeriyəndə özünü idarə edə bilmirdi. Bir aydır ki, pensiyaya çıxmışdı. İbrahimcanı mən də yaxşı tanıyırdım. Neçə illərdir ki, bir kənddə yaşayırıq. Özü iki dəfə evlənmişdi. Birinci həyat yoldaşının iki qız övlaadı var idi və artıq ailə həyatı qurmuşdular. İkinci ailəsindən olan övladları isə məktəblidir”.

Faktla bağlı araşdırmalara başlanıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO