Supermarketlərdə satılan pomidor və bibərlərdəki VİRUS – Sağlamlıq üçün nə qədər QORXULUDUR?

Supermarketlərdə satılan pomidor və bibərlərdəki VİRUS – Sağlamlıq üçün nə qədər QORXULUDUR?

Hazırda oxunan: Supermarketlərdə satılan pomidor və bibərlərdəki VİRUS – Sağlamlıq üçün nə qədər QORXULUDUR?

49476

Xəbər verildiyi kimi “Bazarstore”un idxal etdiyi bibərlərdə virus aşkarlanıb. Azərbaycan Qida Təhlküsizliyi Agentliyi Türkiyədən idxal olunan məhsullardan nümunələr götürərək müvafiq laboratoriyada müayinələrə cəlb edib. Müayinələr nəticəsində ümumilikdə 5 nümunədə qonur qırışıqlıq virusu aşkar edilib.

Maraqlıdır, kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan bu virusun insan sağlamlığına zərəri varmı?

MÖVZU İLƏ BAĞLI:

Türkiyədən gətirilən bibər məhsullarında virus aşkarlandı


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmizi Aysel Fərziyeva Bizim.Media-ya açıqlamasında hazırda Türkiyə ilə yanaşı dünyanın bir çox ölkələrində pomidor məhsulunun qonur qırışıqlıq virusunun yayıldığını deyib:

“Avropa və Aralıq dənizi regionu ölkələrində tərəvəz bitkiləri üçün təhlükəli pomidor meyvələrinin qonur qırışıqlıq virusu və pepino mozaika virusunun yayılması nəzərə alınaraq, AQTA tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir. Tərəvəz toxumu idxal edilən ölkələrə bu virus xəstəliklərinə görə laborator müayinələrin aparılması tələbi qoyulub, idxal olunan toxum materiallarına nəzarət gücləndirilib. Eyni zamanda şitilçilik təsərrüfatlarında və əkin aparılan bütün istixanalarda istifadə edilən əkin materialları virusoloji müayinələrə cəlb edilib.

Bütövlükdə payız mövsümü ərzində 129 pomidor istehsalı müəssisəsində 651 monitorinq həyata keçirilib və bu dövrdə hər hansı virusa yoluxma halı aşkar edilməyib”.

AQTA rəsmisi qeyd edib ki, sözügedən virusun insan sağlamlığına hər hansı təsiri yoxdur:

“Adı çəkilən virus xəstəliklərinin əsas sahib bitkisi pomidor bitkisidir, lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. Son illərdə xüsusən Avropada virusların yayılma arealı daha da genişlənib. Hazırda bu virus xəstəliklərini səmərəli şəkildə idarə etməyə imkan verən mübarizə metodu yoxdur və yoluxmuş bitkinin sağlamlaşdırılması mümkün deyil. Ümumilikdə, qonur qırışıqlıq virusunun məhsulun əmtəəlik keyfiyyətini aşağı salmasını, mövcud olduğu təsərrüfat sahəsində qısa müddətdə yayılmasını, bitkini zəiflədərək digər virus və göbələk mənşəli ikincili infeksiyaların yaranmasına təkan verdiyini nəzərə alsaq, virusun kifayət qədər böyük həddə məhsul  itkisinə səbəb olduğunu proqnozlaşdırmaq mümkündür”.

Aysel Fərziyeva onu da əlavə edib ki, qonur qırışıqlıq virusunun yüksək risk səviyyəsi nəzərə alınmaqla, virus xəstəliyi aşkar ediləcəyi təqdirdə, həmin məhsul partiyalarının ölkəyə idxalına icazə verilmir:

“Xəstəliyin əlamətlərini gözlə görməklə təyin etmək mümkün olmadığına görə idxal zamanı bütün pomidor və bibər toxumları Agentlik tərəfindən laboratoriyada molekulyar səviyyədə müayinələrə cəlb edilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, məhsul ixracatçı ölkəyə geri qaytarılır, yaxud fitosanitar və ekoloji təhlükəsizlik qaydaları əsasında məhv edilir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO