Füzulidə keçirilən “İnnovasiya Festivalı”ndan FOTOLAR

Füzulidə keçirilən “İnnovasiya Festivalı”ndan FOTOLAR

Hazırda oxunan: Füzulidə keçirilən “İnnovasiya Festivalı”ndan FOTOLAR

49465

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği istiqamətində keçirilən “İnnovasiya Festivalı” öz işini davam etdirir.

Bizim.Media-nın məlumatına görə, festivalın növbəti məkanı Füzuli rayonu olub. Festivalda daş toplayan, daş xırdalayan, press bağlayan, aqrodron, aqro-robot, yem konteyneri, feremonlu tələ, “Axınlı Şan” tipli bal arısı yeşikləri, həmçinin raps, kinoa, amarant, maralfalfa kimi alternativ yem bitkilərinin təqdimatı keçirilib.

Festivalda yem konteyneri qurğusu vasitəsilə buğda, arpa həmçinin qarğıdalı bitkisindən əldə olunmuş yaşıl yemin nümayişi keçirilib.

Tədbir zamanı iştirakçılara yaşıl yemə daha çox tələb olduğu dövrdə keyfiyyətli yaşıl yem kimi raps bitkisinin becərilməsinin əhəmiyyəti barədə geniş məlumat verilib.

Həmçinin tədbirdə soxulcan gübrəsi istehsalının texnoloji proseslərini aqrar istehsalçılara aşılamaq məqsədilə biohumus gübrəsinin təqdimatı keçirilib. Bu gübrədən əkin sahəsi üçün məhsuldarlığı artıran üzvi maddə kimi istifadə edilir.

Festivalda axınlı şan tipli bal arısı yeşikləri nümayiş olunub ki, bu innovativ yeşiklərlə arı pətəyinə hər hansı bir müdaxilə edilmədən bal xüsusi texnologiyalarla süzülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO