“AA” seriyalı avtomobillər qanunu necə POZUR? – FOTOFAKT

“AA” seriyalı avtomobillər qanunu necə POZUR? – FOTOFAKT

Hazırda oxunan: “AA” seriyalı avtomobillər qanunu necə POZUR? – FOTOFAKT

0:00
0:00
49458

Son günlər Bakı şəhərində “AA” seriyası ilə başlayan bahalı avtomobillərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması hallarına tez-tez rast gəlinir. Bu dəfəki qayda pozuntusu paytaxtın Rəşid Behbudov küçəsində baş verib.

Bizim.Media-ya oxucular tərəfindən təqdim olunan görüntülərdə Rəşid Behbudov küçəsi boyunca “AA” seriyası ilə başlayan avtomobillərin avtobusların hərəkət zolağına çıxaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozması əks olunub.

MÖVZU İLƏ BAĞLI:

Sürücülük hüququ olmadan avtomobil idarə edən 1300 nəfər saxlanıldı


Halbuki həmin zolaqlar sırf avtobusların hərəkəti üçün nəzərdə tutulub və şəxsi maşınlar zolağa daxil olduğu zaman qanunla məsuliyyətə cəlb edilir. 

Qeyd edək ki, aidiyyəti qurumlar dəfələrlə qayda pozan sürücülərə qarşı mütəmadi reydlər keçirsələr də sözügedən hallar təkrarlanır. Sanki qanunlar bu seriyalı avtomobil sahiblərinə deyil, yaxud avtomobilinin üzərindəki “AA” seriyasına “güvənərək” məsuliyyətdən yaxa qurtaracaqlarını düşünürlər. 

Maraqlıdır, qayda pozan “AA” seriyası ilə başlayan avtomobil sürücülərinə qarşı necə tədbir görülür? 

Bizim.Media məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov saytımıza daxil olan görüntülərlə tanış olandan sonra məsələni araşdıracaqlarını bildirib. 

Yol-nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə özü də dəfələrlə “AA” seriyası ilə başlayan avtomobil sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozduqlarının şahidi olur:

“Mən də bu cür hallara rast gəlirəm. Amma onların barsində tədbir görülüb-görülmədiyini bilmirəm. Hər halda bununla bağlı rəsmi qurumlar statistika açıqlamalıdır”, - deyə o, bildirib.

Alçina Amilqızı, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO