Ata həbsdəki oğluna ayaqqabının içində narkotik gətirdi - FOTO

Ata həbsdəki oğluna ayaqqabının içində narkotik gətirdi - FOTO

Hazırda oxunan: Ata həbsdəki oğluna ayaqqabının içində narkotik gətirdi - FOTO

49369

Bakıda 2 saylı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Naib Namiq oğlu Əliyevin atası Gəncə şəhər sakini Namiq Firuddin oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan polisi İrandan gətirilən 137 kiloqram heroini ələ keçirdi


​​​​​​​Belə ki, orada olan ayaqabının içərisində xüsusi üsulla gizlədilmiş, sellofan bükülüdə, ümumi çəkisi 1,935 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO