Reza Deqatinin Şuşada itən dronu tapıldı - FOTO

Reza Deqatinin Şuşada itən dronu tapıldı - FOTO

Hazırda oxunan: Reza Deqatinin Şuşada itən dronu tapıldı - FOTO

0:00
0:00
49304

Fotoqraf Reza Deqatinin dronu Şuşada çəkiliş apararkən naməlum əraziyə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov məlumat verib.

Z.Həsənov bildirib ki, dekabrın 5-də işğaldan azad olunmuş Şuşa şəhərində çəkiliş apararkən R. Deqatinin dronu texniki səbəbdən naməlum əraziyə düşüb. Ötən gün ərzində dronun axtarışları aparılıb.

Hətta axtarışlara Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları da qoşulub. Aparılan axtarışlar nəticəsində bu gün səhər saatlarında dronun düşdüyü ərazi müəyyən edilib.

Dron ərazidən götürülərək R.Deqatiyə qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO