Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) BP şirkətinin hədiyyə etdiyi qida təhlükəsizliyi laboratoriyasına dünya şöhrətli Türk molekulyar bioloq, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncərin adının verilməsi münasibətilə xüsusi tədbir keçirilib.
Bizim.Media-nın “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, bu münasibətlə professor Səncər fəxri qonaq qismində BP rəsmiləri ilə birgə tədbirə qoşularaq öz ürək sözlərini iştirakçılarla bölüşüb.
“Mənə göstərilmiş bu hörmət üçün hamıya təşəkkür edirəm. Azərbaycan-türk elminin inkişafında mənim də kiçik bir rolum olarsa, bundan yalnız şərəf duyaram. İnanıram ki, BP-nin hədiyyəsi olan bu laboratoriya tələbələrin daha yüksək bilik almaları və elmi fəaliyyətə yönəlmələri üçün gözəl imkan yaradır”, - deyə alim minnətdarlığını bildirib.
UNEC-in rektoru, professor Ədalət Muradov BP şirkətinə təşəkkür edib: “Bu bizim ən müasir laboratoriyamızdır. BP şirkətinə bizim üçün belə şərait yaratdığına görə təşəkkür edirik. Bu laboratoriyaya Əziz Səncər kimi böyük alimin adının verilməsi tələbələrimizi daha məsuliyyətli etməklə yeni elmi uğurlara səsləyəcək.”
Bu üç laboratoriyadan əlavə bp UNEC-in elmi-tədqiqat potensialını artırmaq məqsədilə 2022-ci ildə daha bir mühüm layihə həyata keçirməyi planlaşdırır. Laboratoriyaların yeni layihə ilə birlikdə ümumi dəyəri təqribən 500 min manatdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:13 / 06.12.2021
BP-nin hədiyyə etdiyi laboratoriyaya Əziz Səncərin adı verildi
Hazırda oxunan: BP-nin hədiyyə etdiyi laboratoriyaya Əziz Səncərin adı verildi
Hazırda oxunan: BP-nin hədiyyə etdiyi laboratoriyaya Əziz Səncərin adı verildi
49292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.