“Baku Steel Company”nin 10 aydır həbsdə olan keçmiş direktoru Rasim Məmmədovdan XƏBƏR VAR 

“Baku Steel Company”nin 10 aydır həbsdə olan keçmiş direktoru Rasim Məmmədovdan XƏBƏR VAR 

Hazırda oxunan: “Baku Steel Company”nin 10 aydır həbsdə olan keçmiş direktoru Rasim Məmmədovdan XƏBƏR VAR 

49278

Hüquq muhafizə orqanlarının təcridxanasında saxlanılan “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri Rasim Məmmədovun həbsindən 10 ay keçir. Amma onun nə həbs müddətinin uzadılmasından, nə də istintaq hərəkətlərinin aparılmasından xəbər var.

Qeyd edək ki, Rasim Məmmədov barəsində bu il fevralın 1-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qəti imkan tədbiri seçilmişdi.

MÖVZU İLƏ BAĞLI:

Həbsindən 4 ay keçən Rasim Məmmədovdan XƏBƏR VAR


Rasim Məmmədovun hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edirdi. Sonradan Rasim Məmmədovun işinin aparılması üçün ona dövlət tərəfindən vəkil təyin olunub. Amma vəkilinin kim olduğu barədə indiyədək məlumat verilmir.

Sözügedən məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat katibi Kənan Zeynalov Bizim.Media-ya bildirib ki, Rasim Məmmədovun işi aidiyyatı qurumlar tərəfindən araşdırmadadır.  

Xatırladaq ki, 2012-ci ilin iyun ayında “Baku Steel Company” şirkətinin sahibi kimi özünü qeyd edən, məşhur iş adamı Rasim Məmmədov özünün biznes monopoliyasına aid olan rəqiblərini qeyri-qanuni yollarla sıradan çıxarmaqda ittiham olunur. O, sahibkarlara milyonlarla manat dəyərində ziyan vurması ilə də yadda qalıb. Zərər vurduğu sahibkarlardan biri də keçmiş deputat, iqtisadçı- alim Nazim Bəydəmirlidir. Keçmiş deputatın iddiasına görə Rasim Məmmədov sahibi olduğu Türkiyə-Azərbaycan birgə müəssisəsi olan “Ataxan” Dəmir Sənaye MMC-yə 5 milyon manat ziyan vurub.

Saytımıza danışan zərərçəkmiş Nazim Bəydəmirli isə Rasim Məmmədovun həbsi ilə bağlı fikirlərini belə bildirdi:

“Sadəcə Rasim Məmmədovun həbs olunması və barəsində 4 ay həbs qəti imkan tədbiri seçildiyi barədə məlumat verilib. Onun həbs müddətinin artırıb-artırılmaması, azadlığa buraxılıb-buraxılmaması, yaxud istintaqın necə getməsi haqda hər hansı məlumat yoxdur. Zərərçəkmiş olaraq məlumat almaq hüququmun olduğu barədə bir neçə dəfə Baş Prokurorluğa və hüquq mühafizə orqanlarına müraciət etmişəm. Amma cavab gəlməyib. Qanunla həbs olunan şəxsin istintaq hərəkətləri 9 ay müddətində məhkəməyə təqdim olunmalıdır”.

Məlumat üçün bildirək ki, həbs edilən keçmiş şirkət rəhbəri Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Hazırda “Baku Steel Company” şirkətinin baş direktoru vəzifəsinə "Qala Həyat" və "Qala Sığorta" şirkətinin Müşahidə Şurasının sədri Kamal İbrahimov rəhbərlik edir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO