Qızıl Aypara Cəmiyyətinin sədri pul mənimsəməkdə ittiham olunur

Qızıl Aypara Cəmiyyətinin sədri pul mənimsəməkdə ittiham olunur

Hazırda oxunan: Qızıl Aypara Cəmiyyətinin sədri pul mənimsəməkdə ittiham olunur

0:00
0:00
49263

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qusar rayon bölməsinin sabiq sədri Urfan Balayev cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media-nın məlumatına görə, bölmənin sədr müavini Vahid Vahidovun və burada kargüzar işləmiş Şəhla Mirzəağayevanın Qusar rayon prokurorluğuna şikayət məktubu əsasında aparılan araşdırmalardan sonra bu qənaətə gəlinib.

Şikayət məktubunda bildirilib ki, Urfan Balayev işlədiyi müddətdə bölməyə ayrılan pulları vəzifə saxtakarlığı ilə ələ keçirib. 

Rayon prokurorluğunun apardığı ilkin araşdırma nəticəsində fakt öz təsdiqini tapıb və əvvəlcə Urfan Balayev barəsində CM-nin 308.1 və 313 -cü maddələri ilə cinayət işi açılaraq ibtidai istintaq aparılıb. İbtidai istintaqdan sonra cinayət işi 179.2.3,308.1 və 313-cü maddələrjnə tövsif edilərək istintaq davam etdirilib.

Qusar rayon prokurorluğundan verilən məlumata görə, ehtiyacı olanların pulunu mənimsəyən, beynəlxalq Qızıl Xaç, Qızıl Aypara Cəmiyyətlərinin humanitar yardımına göz dikən Urfan Balayev törətdiyi əməli səmimi etiraf edib və peşman olduğunu bildirib.

Rayon prokurorluğunda aparılan istintaq başa çatıb və iş baxılması üçün Qusar rayon məhkəməsinə göndərilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO