Şabranda qardaş bacısını amansızlıqla qətlə yetirdi - Prokurorluqdan AÇIQLAMA

Şabranda qardaş bacısını amansızlıqla qətlə yetirdi - Prokurorluqdan AÇIQLAMA

Hazırda oxunan: Şabranda qardaş bacısını amansızlıqla qətlə yetirdi - Prokurorluqdan AÇIQLAMA

49248

Dekabrın 4-ü saat 21 radələrində Şabran rayonu, Çaraq kənd sakini 1998-ci il təvəllüdlü Nəcibə İsayevanın yaşadığı evin həyətində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Şabran rayon prokurorluğunundan Bizim.Media-ya daxil olan məlumatda deyilir.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1992-cı il təvəllüdlü Rüfət Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəcibə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rüfət Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO