Gəncədə oğurluq edən şəxs saxlanıldı - FOTO

Gəncədə oğurluq edən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Gəncədə oğurluq edən şəxs saxlanıldı - FOTO

0:00
0:00
49241

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində dələlduzluq və oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Məhərrəmov cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evdən su mühərrikini oğurlması məlum olub.

Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilən şəxs ifadəsində törətdiyi cinayət hadisələrini etiraf edib.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO