Şabranda qardaş bacısını öldürdü - TƏFƏRRÜAT

Şabranda qardaş bacısını öldürdü - TƏFƏRRÜAT

Hazırda oxunan: Şabranda qardaş bacısını öldürdü - TƏFƏRRÜAT

49193

Şabranın rayon mərkəzindən 25 km aralıda yerləşən Çaraq kəndində qardaş bacısını öldürüb.

Bizim.Media xəbər verir ki, kənd sakini, 29 yaşlı Rüfət Əvəz oğlu Quliyev bacısı, 23 yaşlı Nəcibə Əvəz qızı İsayevaya çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib.

Şabranın hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, qardaş bacısını qısqanclıq zəminində öldürüb.

Belə ki, Rüfət Quliyev həyat yoldaşından ayrılıb bir uşağı ilə ata evinə gələn bacısına telefon işlətməyi, kiminləsə gizli münasibət qurmağı, ailənin adına xələl gətirməyi qadağan edibmiş.

Nəcibənin telefon işlətdiyini, kiminləsə yazışdığını bilən Rüfət bacısını öldürmək qərarına gəlib və ona bədəninin müxtəlif nahiyələrinə çoxlu bıçaq zərbələri endirərək həyatına son qoyub.
 

Qətlə yetirilən Nəcibə İsayeva iki övlad anası olub. Uşağın biri özündə, biri isə həyat yoldaşında qalıb. Artıq Şabran polisi namus üstündə bacı qatili olmuş Rüfət Quliyevi şübhəli şəxs kimi saxlayaraq istintaqa təhvil verib.


Şabran rayon prokurorluğunda cinayət işi açılıb. Başlanılan İstintaq tədbirləri qətlin başvermə səbəbini tam müəyyən edəcək.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO