Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu keçirildi - FOTO

Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu keçirildi - FOTO

Hazırda oxunan: Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu keçirildi - FOTO

49167

Bu gün qeyd edilən Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu keçirilib.

Bizim.Media xəbər verir ki, forumda 20 könüllü təşkilatının 1 000-dən çox fəal üzvü iştirak edib.

Əvvəlcə könüllülər Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən könüllülər Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Bakı Konqres Mərkəzində keçirilən Forum ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə açılıb. 20 təşkilatın fərdi stendlərində müxtəlif sahələrdə Azərbaycan könüllülərinin fəaliyyəti ilə bağlı məlumatlar nümayiş olunub.

Sərgi ərazisində könüllülər üçün əyləncəli və intellektual oyunlar keçirilib, könüllülərin təşəbbüsü ilə kiçik fleşmoblar təşkil olunub.

Tədbirin açılışında dövlət himni oxunub və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ötən ay birinci ildönümünü qeyd etdiyimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədə könüllülər və ümumilikdə gənclərin mühüm rol oynadığı, ön cəbhədə döyüşməklə yanaşı, informasiya savaşında düşmən yalanlarının ifşa edilməsində və arxa cəbhədə müharibədən zərər çəkənlərə qayğı göstərilməsində fəal iştirak etdikləri vurğulanıb.

Tədbirdə 20-dən çox könüllü təşkilatı və hərəkatını birləşdirən Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) fəaliyyəti barədə hesabat təqdim edilib.

Qeyd olunub ki, 2021-ci ildə AKTİ çərçivəsində ümumilikdə 300-ə yaxın layihədə on minlərlə gənc iştirak edib. Bu fəaliyyətlər ölkənin 64 şəhər və rayonunu əhatə edib. Həmçinin, müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən video hesabatlar nümayiş olunub.

Tədbirin gedişində il ərzində 5 nominasiya – dövlət qurumlarında, genişmiqyaslı tədbirlərdə, sosial layihələr, ekoloji aksiyalar və uzunmüddətli könüllülük fəaliyyəti üzrə fərqlənmiş könüllülər təltif edilib.

Forumun sonunda xatirə fotosu çəkilib və könüllülərin Ümummilli lider Heydər Əliyevin irsi ilə tanışlığı məqsədilə Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO