Şəhid kapitanın xatirəsinə həsr olunan anım mərasimi keçirilib - VİDEO+FOTO

Şəhid kapitanın xatirəsinə həsr olunan anım mərasimi keçirilib - VİDEO+FOTO

Hazırda oxunan: Şəhid kapitanın xatirəsinə həsr olunan anım mərasimi keçirilib - VİDEO+FOTO

49152

Tarixi ərazilərimizin işğaldan azad olunması uğrunda canından keçən şəhid kapitan Elvin Kazımovun xatirəsinə ehtiram məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində anım mərasimi keçirilib. 

Bu barədə Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir. 

Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər. 

Mərasim iştirakçılarına şəhid Elvin Kazımovun şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.

Tədbirdə çıxış edənlər rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən, bu Qələbənin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından və şəhid kapitan E.Kazımovun həyatından danışıblar. 

Bildirilib ki, kapitan Kazımov Elvin Ədalət oğlu ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub. 

Şəhidin anası Fədayə xanım Kazımova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO