Avtomobil vuran insanı xilas etmək istəyən maşın da qəzaya düşdü - Göyçayda BƏDBƏXT HADİSƏ

Avtomobil vuran insanı xilas etmək istəyən maşın da qəzaya düşdü - Göyçayda BƏDBƏXT HADİSƏ

Hazırda oxunan: Avtomobil vuran insanı xilas etmək istəyən maşın da qəzaya düşdü - Göyçayda BƏDBƏXT HADİSƏ

49076

Göyçay şəhərində piyadanı avtomobil vurub.

Bizim.Media xəbər verir ki, hadisə bu gün şəhərin Natəvan küçəsində qeydə alınıb. 

"Ford" markalı yük avtomobili yolu keçən piyadanı, 1941-ci il təvəllüdlü Cəlal Əhmədovu vurub.

Yoldakı sürücülərdən biri yaralını şəxsi avtomobilinə qoyaraq xəstəxanaya çatdırmağa çalışıb. Yaralını aparan "VAZ 2107" markalı minik avtomobili şəhərin Nizami küçəsində digər "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. 

Bu qəzadan sonra 80 yaşlı kişi "Mercedes" markalı avtomobillə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO