Son zamanlar erməni dilinin öyrənilməsi mövzusu aktuallaşıb. İnsanlarda sual yaranır ki, bu dili öyrənmək nə dərəcədə düzgündür? Lazımdırmı?
Millət vəkili Hikmət Babaoğlu yaranan suallara belə cavab verib:
"Bütün hallarda düşmənin dilini bilmək bir üstünlükdür. Özü də təkcə sırf linqivistik kontekstdə yox, həm də “dil bilmənin” Azərbaycan dilindəki məcaz anlamında".
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda erməni dilini öyrənmək üçün müraciətlərin sayı artıb - Alimlər DANIŞIR
Bizim.Media-ya özəl açıqlamasında deputat "məcaz anlamında" fikrinə də aydınlıq gətirib:
"Yəni düşmənin dili ilə bərabər onun adət-ənənəsini, milli xarakteri və psixoligiyasını, bütövlükdə mentalitetini, tarixini, ədəbiyyatını və.s...
Çünki düşmənə qalib gəlmək üçün onu yaxşı tanımalısan. Bu mənada mən hazırda erməni dilinin öyrənilməsinin aktuallaşmasını qəbahət hesab etmirəm".
Bizim.Media