Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində seminar keçirilib - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində seminar keçirilib - FOTO

Hazırda oxunan: Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində seminar keçirilib - FOTO

49010

Müdafiə Nazirliyi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda seminar təşkil edib.

Bizim.Media xəbər verir ki, seminar çərçivəsində psixoloq ixtisaslı zabitlərə psixoaktiv maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı və narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirildi - FOTO


Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça iştirakçılara təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO