Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, iclasda bir sıra məsələlər müzakirə edilib.
Həmçinin, Müşahidə Şurasında 2021-ci il üçün kiçik qrant müsabiqəsinin elan olunması məsələsinə baxılıb.
MÖVZU İLƏ BAĞLI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinə yeni səlahiyyət verildi - FƏRMAN
İnsan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, sosial və iqtisadi, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi və s. istiqamətləri əhatə edən 7 istiqamət üzrə qrant müsabiqəsinin elan edilməsi qərara alınıb.
Qeyd edək ki, qrant müsabiqəsi Agentliyin yeni elektron portalı olan “e-qrant.az” saytı vasitəsi ilə həyata keçiriləcək.
Bizim.Media