Falçı kimi doğulanlar – Bu bürclərin QƏRİBƏLİKLƏRİ sizi şoka salacaq

Falçı kimi doğulanlar – Bu bürclərin QƏRİBƏLİKLƏRİ sizi şoka salacaq

Hazırda oxunan: Falçı kimi doğulanlar – Bu bürclərin QƏRİBƏLİKLƏRİ sizi şoka salacaq

48948

İnsan xasiyyətlərinin bürclərə uyğunlaşdırılması çox vaxt təsdiqini tapır. Çünki Astroloji xüsusiyyətlərdəki addımların eynisini həmin insanların yaşam tərzində görmək olar.

Bizim.Media bürclərin qəribəlikləri barədə məlumat toplayıb. Ayrı-seçkilik olmasın deyə hər bürcdən ən maraqlı cəhətləri yerləşdirmişik.

Dolça

Bu bürc altında çoxsaylı gicbəsər və dahi doğulur. Qəribə şeylərə maraqları var, fantaziyaları çox sevirlər. Həmçinin ən primitiv inanclara belə inanırlar. Bu tip boş söhbətlərə görə mübahisəyə də razı olduqları üçün dolçalarla bu diskussiyalara girməyin.

Əqrəb

Onlar özlərini kifayət qədər normal hesab edir və mistika, metafizikaya nifrət edirlər. Çox vaxt sağlam təfəkkürə əsaslanmağa çalışır. Amma ətrafdakılara onun davranışları qəribə görünür. Çünki əqrəblər hamının bəyəndiklərini xoşlamır. İzahı olmayan reallıqlarla maraqlanır və başqalarının fikiri vecinə də deyil.

Qoç

Nəyisə edəndən sonra fikirləşmək qoçlar üçün adət halıdır. Ani impulsa təslim olduqları üçün nəticə barədə düşünməklərə vaxtları olmur. Səliqəyə ehtiyac oldu-olmadı xırda əşyaların yerini dəyişməyi, ora-bura qoymağı sevirlər.

Xərçəng

Hərdəmxəyaldırlar. Bir dəqiqə əvvəl həyat dolu olsalar belə, bir dəqiqə sonra bədbinliyə qapıla bilirlər və bu onları qəribə kimi təqdim edir. 

Tərəzi

Ekstrasenslərin çoxu bu bürcdəndir. Həmişə tərəddüdlü insanlardır. Məncə, bu qəribəliklər yetərlidir. Yoxsa onların iki yoqurtdan birini seçmək üçün marketdə 1 saat vaxt itirməklərini də qeyd etmək olardı. Hər halda qeyd etdik.

Buğa

Tərslik onları vizit kartıdır. Həm də normal yaşamaqlarına maneədir. Digərləri ilə razılaşmağı bacarmır. Təhqirə görə üzr istəməklə də arası yoxdur. 

Oxatan

Çox prinsipialdırlar. İnsanları yerinə yetirilməsi mümkün olmayan söz verməyə məcbur edir və vəd yerinə yetirilməyəndə qalmaqal qoparır. Digər qəribəlik isə onların yumor hissidir. Əsasən sekslə bağlı zarafat edirlər.

Balıqlar

Günahsız və həssas görünür və onsuz da reallıqda da elədirlər. Arada belə olmadıqlarını göstərmək üçün rola girib kin-kidurət dolu dava-dalaş çıxarırlar. Məhz onda da qəribə görünürlər. 

Qız

Dərrakənin emosiyalardan üstün olması qızları maşına çevirir. Nəzarət etmək özəllikləri başqalarını qıcıqlandırır. 

Əkizlər

Rəqəmlərlə problem onların əsas qəribəliyidir. Əkizlərin əksəriyyəti hesablamaq, saymağı və yadda saxlamağı bacarmırlar. Yəni, evə bazarlıqda da bu kimi çətinliklərlə qarşılaşa bilirlər. Yoxsa 2 kq kartofun yerinə 10 kilo almazlar.

Şir

Bu bürcün elə də çox qəribəliyi yoxdur. Bircə onların narsizmi ilə mehriban ünsiyyət qurmaq lazımdır. 

Oğlaq

Bu mövzuda ən sadə bürcdür. Yeganə qəribəlik unutqanlıqları ola bilər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO