Şəmkirdə heyvan oğurlayan şəxslər saxlanıldı

Şəmkirdə heyvan oğurlayan şəxslər saxlanıldı

Hazırda oxunan: Şəmkirdə heyvan oğurlayan şəxslər saxlanıldı

48928

Şəmkir rayon Polis Şöbəsinin və Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin noyabr ayının əvvəlində rayonun Yuxarı Seyfəli kəndində vətəndaşa məxsus 6 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində əvvəllər məhkum olunmuş, Kəlbəcər rayon sakinləri - Kazım İsmayılov, Asiman Salehov və Haqverdi Xıdırovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus tövlənin arxa hasarını sökərək oradan ümumi dəyəri 1220 manat olan 6 baş xırdabuynuzlu heyvanı oğurladıqları müəyyənləşib.

Saxlanılan şəxslər törətdiyi cinayət hadisəsini etiraf edərək, oğurladıqları heyvanları H. Xıdırova məxsus “Leksus” markalı avtomobil ilə Bərdə rayonuna apararaq satdıqlarını və əldə etdikləri pulları böldüklərini bildiriblər.

Saxlanılan şəxslərin digər anoloji cinayət hadisələri törətdikləri istisna edilmədiyindən Şəmkir RPŞ-də zəruri-istintaq əməliyyat tədbirləri davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO