II Qarabağ savaşında yaralanan İbrahim Məmməd oğlu Məmmədov əməliyyat olunmalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə onun bacısı məlumat verib.
Əsgərin bacısı Həvva Məmmədova bildirib ki, qardaşı İbrahim Məmmədov II Qarabağ Savaşında Ağdərə istiqamətində Tülkü dərəsində əks-hücumlarda iştirak edib. Oktyabr ayının 16-da saat 10:00-da Suqovuşan və Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanıb:
“İbrahimin sağ diz oynağında və çanaqda sümük boşluğunda qəlpələr var. Kəllə-beyin travması alıb, sağ qulağının eşitmə qabiliyyəti xeyli zəifləyib. Qəlpə bədən üzvlərinə pis təsir göstərir, ayaq əzələsinin şah damarını zədələyib. İbrahimin mədə-bağırsağında və ciyərlərində də problemlər yaranıb. Onu ev şəraitində müalicə almaq üçün evə yollayıblar”.
Məlumat üçün bildirək ki, İbrahim Məmmədov 2001-ci ilin aprel ayının 3-də anadan olub. Əslən Şuşanın Quşçular kəndindəndir. Onun həyatda bir bacısı var. İbrahim Məmmədov 15 yaşında olanda anası xərçəng xəstəliyindən vəfat edib.
Ailə ilə əlaqə saxlayıb kömək etmək istəyənlər 055 702 51 18 bu əlaqə vasitəsinə zəng edə bilərlər.
Bizim.Media