Narkotik satan Şirvan sakinləri saxlanıldı - FOTO

Narkotik satan Şirvan sakinləri saxlanıldı - FOTO

Hazırda oxunan: Narkotik satan Şirvan sakinləri saxlanıldı - FOTO

48802

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Şirvan şəhər sakini Elçin Qəhrəmanov saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda narkotik satan daha 27 nəfər belə saxlanıldı... - VİDEO


Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı E.Qəhrəmanov narkotik maddəni tanışı Seymur adlı şəxsdən aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakini Seymur Hüseynov da saxlanılaraq istintaqa təqdim olunub.

Onun üzərinə keçirilən baxış zamanı isə psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
 

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakinləri Əfqan Bədəlov və Canbulad Nərimanov saxlanılıblar.


Onların üzərinə keçirilən baxış zamanı isə hər birindən psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO