Yaxın günlərdə Azərbaycanda bütün icra başçıları işdən azad edilə bilər - İDDİA

Yaxın günlərdə Azərbaycanda bütün icra başçıları işdən azad edilə bilər - İDDİA

Hazırda oxunan: Yaxın günlərdə Azərbaycanda bütün icra başçıları işdən azad edilə bilər - İDDİA

48774

“Ötən bir neçə il ərzində kommunal, rabitə, mədəniyyət, ekologiya, təhsil, sosial və s. sahələr üzrə rayonlardakı mövcud dövlət qurumlarının hamısı ləğv edilib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz icra hakimiyyətlərinin ləğv olunma ehtimalından söz açarkən bildirib.

O “Facebook” hesabından etdiyi paylaşımda qeyd edib ki, hazırda bu dövlət qurumlarının rayonlarda yalnız kiçik bir şöbələri qalıb, əvəzində isə yeni regional idarələr formalaşdırılıb.

“Belə baxanda, hazırda  rayonlarda tam tərkibdə və ənənəvi idarəetmədə yalnız hüquq-mühafizə qurumları və  İcra hakimiyyətləri qalıb.

Ötən gün Prezident  son zamanlar uğurları ilə diqqət mərkəzində olan Emin Hüseynovu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)  Prezidentin xüsusi nümayəndəsi təyin edib. 

Prezidentin bu Sərəncamı, artıq adi bir rayon üzrə deyil, bütöv bir region üzrə, bir neçə bölgəni birləşdirən iqtisadi rayon üzrə xüsusi nümayəndə təyin etməsi isə onu göstərir ki, yerli icra hakimiyyətləri də regionala çevrilə bilər.

Yəni, yaxın yazanlarda, ölkədə yeni iraəetmə modelinə keçidi,  bütün icra hakimiyyətlərinin ləğvi və icra başçılarının azad olunmasını, əvəzində isə Prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə yaradılmış 14 iqtisadi rayon üzrə 14 regional icra başçılarının təyin ediləcəyini proqnozlaşdırmaq olar”, - deyə Osman Gündüz qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO