Helikopter qəzasında şəhid olan Fərid Nağıyev dəfn olundu - YENİLƏNİB/VİDEO

Helikopter qəzasında şəhid olan Fərid Nağıyev dəfn olundu - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Helikopter qəzasında şəhid olan Fərid Nağıyev dəfn olundu - YENİLƏNİB/VİDEO

48686

Helikopter qəzasında şəhid olan Fərid Nağıyev Beyləqanda dəfn olunub.

Bizim.Media-nın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri - baş leytenant Fərid Nağıyevin cənazəsi doğulduğu Beyləqan rayonunun Şərq kəndində torpağa tapşırılıb.



*** 11:40

Helikopter qəzasında şəhid olan Fərid Nağıyev Beyləqanda dəfn olunur.

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri - baş leytenant Fərid Nağıyevin cənazəsi Beyləqan rayonunun Şərq kəndinə gətirilib.

Bizim.Media xəbər verir ki, kənd meydanında cənazə namazı qılınıb.

Orada keçirilən vida mərasimində dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra F.Nağıyevin nəşi Beyləqan şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO