“Qaraheybət” şəhidi polkovnik Nəbiyev oğluna nə vəsiyyət edib? – “Əgər bir gün qayıtmasam...”

“Qaraheybət” şəhidi polkovnik Nəbiyev oğluna nə vəsiyyət edib? – “Əgər bir gün qayıtmasam...”

Hazırda oxunan: “Qaraheybət” şəhidi polkovnik Nəbiyev oğluna nə vəsiyyət edib? – “Əgər bir gün qayıtmasam...”

48684

"Atam Elçin Nəbiyev Hərbi Hava Qüvvələrinin və Müdafiə Qoşunlarının komandanı olan, mərhum Rail Rzayevin yetirməsi idi. Onun işlədiyi dövrdə atam Azərbaycanın baş şturmanı, Hərbi Hava Müdafiə Qoşunlarının və Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi vəzifələrində işləyib. Ehtiyatda olan polkovnik idi". 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Qaraheybətdə baş verən helikopter qəzasında 13 sərhədçi ilə birgə həlak olan Elçin Nəbiyevin oğlu Hüseyn Nəbiyev deyib.

MÖVZU İLƏ BAĞLI:

Helikpoterin qəzaya uğradığı yerdən ÖZƏL FOTO


Onun sözlərinə görə, qırıcı hərbi təyyarələr üzrə nadir mütəxəssislərdən biri olan Elçin Nəbiyev 1986-1990-cı illərdə Stavropol şəhərindəki aviasiya marşalı Sudets adına Təyyarəçilər və Şturmanlar hazırlayan Ali Aviasiya Məktəbində təhsil alıb, Rusiyada və Azərbaycanda bu sahə üzrə müxtəlif məsul vəzifələrdə işləyib.

Polkovnik Nəbiyev aviasiya üzrə bilgilərini ABŞ-ın nüfuzlu universitetlərindəki kurslarda öyrəndiyi təcrübə əsasında daha da təkmilləşdirib.

Söhbət əsnasında Hüseyn Nəbiyev atasının ona etdiyi vəsiyyəti də xatırlayıb. 

"Atam həmişə səfərə gedəndə sanki mənə vəsiyyət edirdi. Hələ mən məktəbdə oxuyarkən söyləyirdi ki, mən Vətənə xidmət edirəm, Vətən çağırırsa, getməliyəm. Əgər bir gün qayıtmasam, evin böyüyü sənsən. Mən onda bu sözləri anlamırdım. İndi atamı itirəndən sonra onun sözlərini elə yaxşı dərk edirəm ki. Atam noyabrın 30-u səhər son dəfə evdən çıxdı. Amma bir daha geri qayıtmadı. O, ailəmizə və sevdiyi Azərbaycana ən yüksək məqamda - şəhidlik zirvəsi ilə geri döndü. Bu gün bizim bir təsəllimiz var. Atam canı qədər sevdiyi Vətəninə xidmət edərkən, sevdiyi iş başında şəhid olub”.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO