Tural Museyibov Elnarə Xəlilovanın CAVABINI VERDİ: “Mənə yaraşmaz”

Tural Museyibov Elnarə Xəlilovanın CAVABINI VERDİ: “Mənə yaraşmaz”

Hazırda oxunan: Tural Museyibov Elnarə Xəlilovanın CAVABINI VERDİ: “Mənə yaraşmaz”

48672

Xəbər verildiyi kimi Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində DSX rəisi Elçin Quliyevdən açıqlama almaq istəyən jurnalist Tural Museyibovu itələyib, prosesi çəkən operatora isə fiziki güc tətbiq edib.

Çox keçməyib Rövşən Cahangirovun həyat yoldaşı, müğənni Elnarə Xəlilova jurnalist sərt ifadələrlə tənqid edib.

Həyat yoldaşının müdafiəsinə qalxan müğənni jurnalistin ünvanına təhqirlər də yağdırıb. Onu vaxtilə şəhidə qarşı hörmətsizlikdə günahlandırıb və keçmiş fəaliyyəti ilə bağlı nöqsanlarına görə qınayıb. 

Bizim.Media-ya danışan jurnalist Tural Museyibovun isə Elnarə Xəlilovaya cavabı belə olub:

MÖVZU İLƏ BAĞLI:

Elnarədən ərini tənqid edən jurnalistə SƏRT SÖZLƏR: “Şəhidə "gey" deyən sən deyildin?”


“Elnarə xanım nə deyib, yaxşı edib. Xanıma münasibət bildirmək mənə yaraşmaz. O xanımdır və heç bir şey deyə bilmərəm. Biz video yayımlamışıq və görüntü ortadadır. Məsələ deyilib və bitib. Mən nə baş verdiyini təqdim etmişəm”, - deyə jurnalist qeyd edib.  

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO