Paytaxt sakinlərinin Bayraktar sevgisi - FOTO

Paytaxt sakinlərinin Bayraktar sevgisi - FOTO

Hazırda oxunan: Paytaxt sakinlərinin Bayraktar sevgisi - FOTO

4863

Zəfər paradında Vətən müharibəsində  əsas hərbi texnikalarından biri sayılan Bayraktarlar da nümayiş olunub.

Bizim.Media xəbər verir ki,diqqət çəkən maraqlı məqamlardan biri də  paradı izləmək üçün topalaşan paytaxt sakinlərinin  Bayraktarları daşıyan xüsusi texnikaların keçidini alqışla qarşılamaları olub.

Qeyd edək ki, “Baykar” şirkəti tərəfindən istehal edilən milli pilotsuz döyüş (PUA) təyyarəsi Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir.

"Akıncı" PUA-ları kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müddət) sinfinə aiddir.

Bununla Türkiyə dünyada HALE sinfindən olan PUA istehsal edən 4-cü ölkəyə çevrilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO