Həlak olan tibb xidməti kapitanının DOSTU: “Müharibədən medallarla qayıtmışdı”

Həlak olan tibb xidməti kapitanının DOSTU: “Müharibədən medallarla qayıtmışdı”

Hazırda oxunan: Həlak olan tibb xidməti kapitanının DOSTU: “Müharibədən medallarla qayıtmışdı”

48557

Hazırda İkinci Fəxri Xiyabanda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin dəfn mərasimi keçirirlir.

Dəfn mərasimində iştirak edən tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun yaxın dostu, qazi Abbasov Ədalət onun haqqında xatirələrini Bizim.Media-nın əməkdaşı ilə bölüşüb. O, bildirib ki, Ceyhun hər zaman Vətəninə sadiq bir əsgər olub.
 

MÖVZU İLƏ BAĞLI:

Helikopter qəzasında şəhid olan leytenantın əmisioğlu: “Təlimdən əvvəl...”


“Biz bir məhəllədə yaşayırdıq, demək olar ki, hər gün görüşürdük. Bu şəhidlər Vətən üçün həqiqətən də böyük itkidir.

O, Vətən üçün layiqli bir övlad idi. Ceyhun II Qarabağ müharibəsinin iştirakçısı idi, igidliyinə görə bir neçə medalla təltif olunmuşdu”.

Qeyd edək ki, tibb xidməti kapitanı, 1988 -ci il təvəllüdlü Ceyhun Xanlar oğlu Əhmədxanov Bakı şakinidir. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayıb.

Səkinə Yusibli, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO