Ən qisasçı bu bürcdən ehtiyatlı olun – AMANSIZLIĞI ilə seçilir

Ən qisasçı bu bürcdən ehtiyatlı olun – AMANSIZLIĞI ilə seçilir

Hazırda oxunan: Ən qisasçı bu bürcdən ehtiyatlı olun – AMANSIZLIĞI ilə seçilir

48440

Hollivud ulduzu Maykl Duqlas demişkən, “ən yaxşı qisas uğurdur”. Lakin öz nailiyyəti ilə incikliyi olan insanın qanını qaraltmaq taktikası bəziləri üçün kifayət etmir. Bu məsələdə bürclər də fərqlidir.

Bizim.Media bu dəfə ən qisasçı bürclərin siyahısını toplayıb. Qısas mövzusunda hansı bürcün necə olduğunu bilmək istəyənlər tanış olsun:

Tərəzi

Bu bürc Maykl Duqlasın tövsiyəsinə uyğundur. Onların düşüncə tərzi belədir: “Əgər həyatımda hər şey qaydasındadırsa, niyə kimdənsə intiqam alım ki”? 

Qoç

İntiqam onların xisləti deyil. Əgər xətirlərinə dəyiblərsə, hər şeyi yerindəcə həll edir. Ciddi təhqirləri cavabsız qoymurlar. Xırda sataşmaqlara fikir vermirlər. Qoç özünü təmkinli psixologiya ilə aparır. 

Əkizlər

Onların dostcanlı olması bəzən özlərinə qarşı fırlanır. Onları aldadıb incitmək istəyənlər olur. Amma bunu etməsələr, yaxşıdır. Çünki zahirən sülhsevər əkizlər qisas almağın yolunu tapacaqlar. Həm də qalmaqal və dava-dalaşsız. Sadəcə bəzi gizli məlumatların yayılması kifayətdir.

Oxatan

Küslərə tez reaksiya verə bilmirlər, ancaq kinlidirlər. Buna görə də zəhərli yaylarını dəqiq və çox miqdarda atırlar. Bəzən dayana bilmir və elə qisas alır ki, alır. İncikliyi olan adamın məğlub, sınıxmış durumu da heç nəyi dəyişmir. Bu vəziyyəti ancaq ən yaxınları dəyişə bilər. Digər yalvarışlar mənasızdır.

Xərçəng

Bu bürc qisas almasa da, ürəyinə toxunan insanın yardımına o çağırsa belə, gəlməz. Öz prinsiplərində amansızdır. 

Buğa

Xətrinə dəymisinizsə, üzr istəməyə tələsin. Bağışlasa da, unutmayın ki, sizi qara siyahısına daxil edib. Qisas dərhal və qəddar formada alır.

Qız

Təhqir olunsa da, özünü cilovlayır və necə qisas alacağını planlaşdırır. İncikliyi düşən adamın ən zəif yerini tapır və sırf o yöndə intiqam alır. Yalvarış və üzrxahlıqlar da keçmir.

Oğlaq

Xırda dozalarla vasitəçilərin əli ilə qisas alır. Onun bağışlamağına nail olmaq asan iş deyil, amma hardasa mümkündür. Sadəcə oğlaqın sizin həyatınızı nə günə qoymasını etiraf etmək lazımdır.

Dolça

Çox kreativ heyif çıxmağı var. Əgər qəlbinə dəymisinizsə, film kimi və gülməli qisaslara hazır olun. Yəni, qapıdan çıxanda başınıza boya tökülməsini istəmirsinizsə, zamanında üzr istəyin.

Balıqlar

Xarici görünüşcə günahsızdırlar. Balıqlar çinlilərin su işgəncəsi üsulu ilə qisas alırlar: “səhvinizi anlamayana qədər beyninizə damcı-damcı düşəcək”. Bu bürcün əsas qisası düşmənləri haqda dövriyyəyə buraxdığı qeybətlərdir. Ziyanlı məsləhətlər də intiqama daxildir. 

Şir

Çox küsəyən və qisasçıdırlar. İnciyəndə uşaq kimi məzəli, gülməli görünsə də, sonda özü qəhqəhə çəkir. Çünki axır-əvvəl qisasını alır. Onu tərifləməklə bağışlanmaq olur.

Əqrəb

Buğa buynuz atırsa, əqrəb də sancır. Onları qisas ustadları adlandırırlar. İntiqam üçün təmkinli olub, düzgün məqamı gözləyirlər. Ona güldüyünüz, xətrinə dəydiyiniz vaxtda qəfil həmin hərəkəti sizə qaytara bilər. Qisasda borclu qalmır və hər yolla cavab verir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO