Dekabrın 1-dən 3-nə qədər Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, digər dövlət və özəl təşkilatlarla birgə Bakıda "UNEC İqtisadi Forumu" keçirəcək.
Bizim.Media xəbər verir ki, forumda 5 panel üzrə 30-dək spiker və moderatorun iştirakı ilə müzakirələr keçiriləcək. Bunlardan əlavə forum müddətində tədbir iştirakçıları üçün 3 xüsusi görüş keçirilməsi də nəzərdə tutulub. Panel müzakirələri “Gülüstan” sarayında keçiriləcəkdir.
Xüsusi görüşlərdən ilk 2 görüş forumun ilk günündə keçiriləcəkdir. Onlardan birincisi 1 dekabr 11:30-12:30 aralığında Nobel mükafatı laureatı Aziz Sancarın alimlərlə görüşüdür.
Eyni gündə saat 17:00 – 18:00 aralığında 2-ci xüsusi görüş Polşanın Maliyyə naziri postunda çalışmış, polşa iqtisadiyyatının memarlarından sayılan, iqtisadçı, professor Grzegorz W. Kolodko ilə olacaq. Professor Kolokdo sual-cavab sessiyasında alim və tədqiqatçıları maraqlandıran sualları cavablandıracaq.
Forumun 2-ci günü, 02 dekabr saat 14:30 – 15:30 aralığında Almaniyanın «SPRINGER» nəşriyyat şirkətinin iqtisadiyyat üzrə redaktə məsələləri direktoru Christian Rauscher gənc tədqiqatçılar və tədqiqat mərkəzlərinin rəhbərləri ilə fikir mübadiləsi aparacaq.
Forum çərçivəsində 3 gün ərzində 5 panel üzrə müzakirələr gedəcək.
Qonaqların 4 dekabr tarixində Qarabağa səfər etməsi də tədbirin proqramına daxil edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:46 / 30.11.2021
Bakıda "UNEC İqtisadi Forumu” başlayır – Sabah Nobel mükafatı laureatı ilə görüş olacaq
Hazırda oxunan: Bakıda "UNEC İqtisadi Forumu” başlayır – Sabah Nobel mükafatı laureatı ilə görüş olacaq
Hazırda oxunan: Bakıda "UNEC İqtisadi Forumu” başlayır – Sabah Nobel mükafatı laureatı ilə görüş olacaq
48378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.