Mingəçevirdə uşaq bağçasında körpələri ac saxlayırlar? – ŞİKAYƏT

Mingəçevirdə uşaq bağçasında körpələri ac saxlayırlar? – ŞİKAYƏT

Hazırda oxunan: Mingəçevirdə uşaq bağçasında körpələri ac saxlayırlar? – ŞİKAYƏT

48340

Mingəçevir şəhərində yerləşən uşaq bağçalarının birindən redaksiyamıza şikayət daxil olub. Həmin şikayət sosial şəbəkə üzərindən də bir neçə valideyn tərəfindən yayımlanıb.

Həmin bağça məcburi köçkünlər üçün nəzərdə tutulmuş şəhərcikdə yerləşən Ağdam Rayon İcra Hakimiyyətinin tabeliyinə aiddir.

Valideynlər bildirir ki, bağçada təhsil alan uşağların istər qida rejimi, istərsə də dərs prosesində ciddi problemlər mövcuddur. 

Bizim.Media-ya daxil olan şikayətdə bildirilir ki, uşaqlar günlərlə bu təlim-tərbiyə ocağında ac saxlanılır və şiddətə məruz qalırlar. Uşaqların qidalanması çox zəif oduğundan immunitetləri zəifləyir və müxtəlif xəstəliklərə yoluxurlar.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bir uşaq bağçası BAĞLANDI - ÖZƏL


Valideynlər həmçinin qeyd edirlər ki, uşaqlar hər gün evə narazı şəkildə gedirlər. 

Uşaqlara bu gün bağçada nə yediniz sualını verəndə ancaq eyni şeyləri deyirlər - “kaşa, makaron...” tipli qidaların adlarını çəkirlər. Həmçinin şikayətdə qeyd olunur ki, yoxlamalar zamanı gözdən pərdə asmaq üçün hər cür şərait nümayiş olunsa da gündəlik fəaliyyətdə bu yoxdur.

Valideynlər bildirir ki, bağça müdirəsinə bu barədə irad bildirdikdə isə o, valideynlərlə çox kobud rəftar edir, deyir ki, “gedin hara istəyirsiniz şikayət edin, məni heç kim buradan çıxara bilməz”. 

Şikayətlə bağlı Bizim.Media olaraq bağça müdirəsi Zibər xanımla əlaqə saxladıq. O, deyilən şikayətləri təkzib etməyə çalışdı:

“Bizdə hər şey qaydasındadır. Bağçamız Ağdam Rayon İcra Hakimiyyətinin tabeliyindədir. Hansı sual sizi maraqlandırırsa, icra hakimiyyətinə zəng edin soruşun, məndən yox”.
 

Biz də üzümüzü Ağdam rayon İcra Hakimiyyətinə tutduq. İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhəçisi Xəyalə Əliyeva ilə əlaqə saxladıq. O, şikayətin araşdırılacağı barədə söz verdi:


“Ağdam rayon İcra hakimiyyəti mütəmadi olaraq baxçalarda monitorinq aparır. Bunun çərçivəsində ərzaqların paylanılmasına nəzarət olunur. Şikayət qərəzli ola bilər. Çünki pandemiya şəraitinə görə uşaqlar və işçilərdən başqa baxçaya kənar şəxslərin daxil olmaları qadağandır. Uşaqların qidalanmasını həmin adamlar necə görüblər? Amma biz yenə də nəzarət işlərini gücləndirəcəyik. Şikayətlə bağlı tədbirlər görüləcək”.

Zəruri qeyd: Uşaq bağçaları qapalı müəssisə deyil, ən azı ictimaiyyət nümayəndələri və valideynlər yaranmış problemlə bağlı istənilən vaxt bu yerləri ziyarət edə bilərlər. Yəni, problemi həll etmək üçün bağçalarda nəzarətçiliyi gücləndirib qapıları bərk-bərk bağlamağa ehtiyac yoxdur. 

Araşdırmamız davam edəcək...

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO