BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI

BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI

Hazırda oxunan: BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI

48296

Təhsil Nazirliyi Bakı Dövlət Universitetində (BDU) dekan və kafedra müdiri vəzifəsinə qəbul üçün müsabiqə elan edib.

Bizim.Media xəbər verir ki, ali məktəbdə 8 fakültə dekanı və 29 kafedra müdiri vəzifəsi boşdur.

Müsabiqədə iştirak etmək üçün sənədlər 1 ay müddətində qəbul ediləcək.

Aşağıdakı fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilib:
 

MÖVZU İLƏ BAĞLI:

BDU-nun tələbələri üçün yeni yataqxana tikiləcək - REKTOR


I. Dekan vəzifəsi

Mexanika-riyaziyyat fakültəsi, Fizika fakültəsi, Geologiya fakültəsi, Tarix fakültəsi, Filologiya fakültəsi, Sosial elmlər və psixologiya fakültəsi, Kitabxanaçılıq-informasiya fakültəsi, Biologiya fakültəsi

II. Kafedra müdiri vəzifəsi

Nəzəri fizika kafedrası, Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrası, Astrofizika kafedrası, Fiziki elektronika kafedrası, Yarımkeçiricilər fizikası kafedrası, Bərk cisimlər fizikası kafedrası, Optika və mоlекulyar fizika kafedrası, Ümumi və tarixi geologiya kafedrası, Seysmologiya və Yer təkinin fizikası kafedrası, Hidrogeologiya və mühəndis geologiyası kafedrası, Botanika və bitki fiziologiyası kafedrası, Biofizika və biokimya kafedrası, Molekulyar biologiya və biotexnologiyalar kafedrası, Zoologiya və fiziologiya kafedrası, Rus dili kafedrası (humanitar fakültələr üzrə), Аzərbaycan şifahi хаlq ədəbiyyatı kafedrası, Rus dilçiliyi kafedrası, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası, Psixologiya kafedrası, Sosial və pedaqoji psixologiya kafedrası, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası, Qədim dünya və оrta əsrlər tаrixi kafedrası, Slavyan ölkələri tarixi kafedrası, Asiya və Afrika ölkələri tarixi kafedrası, Аli riyaziyyat kafedrası, Riyaziyyat və onun тədrisi меtоdikası kafedrası, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Riyazi analiz kafedrası, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO